Obamanın qızı Harvardda oxuyacaq

Obamanın qızı Harvardda oxuyacaq
  02 May 2016    Oxunub:2222
ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya Harvard univeristetində təhsilini davam etdirəcək.
Prezident və birinci xanım Mişel Obama elan ediblər ki, onların qızı Maliya 2017-ci ilin payızında Harvard univeristetində təhsil almağa başlayacaq. 17 yaşlı Maliya məktəbi bu ilin yazında bitirəcək.

“Biz Saşa məktəbi bitirənədək hələ bir neçə il paytaxtda yaşamağı fikirləşirik. Təhsil ilinin ortasında köçmək - dərslərdə çətinlik yarada bilər”-deyə Obama bundan öncəki açıqlamasında bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti