Obamadan Azərbaycanla bağlı zarafat - VİDEO

Obamadan Azərbaycanla bağlı zarafat - VİDEO
  01 May 2016    Oxunub:46728
ABŞ prezidenti Barak Obama Ağ Evdə jurnalistlər üçün təşkil etdiyi naharda çıxışı zamanı bir neçə siyasətçiyə sataşıb.

AzVision.az BBC-ə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə real namizəd olan Donald Tramp Obamanın zarafat hədəfi olub.

Maraqlıdır ki, ABŞ prezidenti çıxışında Azərbaycanın da adını çəkib.

“Respublikaçıların siyasi elitası onun (Trampın), çox güman ki, onların namizədi olacağına şübhə ilə yanaşır. Onlar deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi çatışmır. Ədalət naminə demək lazımdır ki, o, bütün illərini dünya liderləri - İsveç gözəli, Argentina gözəli, Azərbaycan gözəli və digərləri ilə görüşərək keçirib.

Bu nahar Donald üçün çox pəjmürdədir? Görəsən, bura gəlmək əvəzinə indi o nə işlə məşğuldur? Evdə oturub qızardılmış Tramp tikəsi yeyir? Angela Merkelə təhqiredici tvitlər göndərir? Nə işlə məşğuldur o?”-deyə Obama zarafatlaşıb.

Obamanın çıxışı alqışla qarşılanıb.

Tədbirdə jurnalistlər, siyasətçilər, film və teleulduzlar iştirak ediblər.



AzVision.az


Teqlər:  





Xəbər lenti