Obama yeni kralın ayağına gedir

Obama yeni kralın ayağına gedir
  27 Yanvar 2015    Oxunub:1984
ABŞ prezidenti Barak Obama bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində yeni kral Salman ibn Abdul-Əziz Əl Saudla görüşəcək.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Obama Hindistana olan səfərinin son günü proqramını qısaldaraq Səudiyyə Ərəbistanı paytaxtına yollanacaq. Burada o, Abdulla ibn Abdul-Əziz Əl Saudun ölümü ilə bağlı kral ailəsinə şəxsən başsağlığı verəcək.

Agentliyin məlumatına görə, Obama aralarında yüksəkrütbəli məmurlar və iki sabiq dövlət katibi də daxil olmaqla 30 nəfərdən ibarət ABŞ nümayəndə heyətinə başçılıq edir. ABŞ prezidentinin Səudiyyə Ərəbistanın səfərinin dörd saat çəkəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti