Obama və Merkel Rusiyanı çökdürəcək

Obama və Merkel Rusiyanı çökdürəcək
  28 Yanvar 2015    Oxunub:2392
ABŞ prezidenti barak Obama və Almaniya kansleri Angela Merkel telefon danışığı zamanı Ukrayna münaqişəsini müzakirə edərək rəsmi Moskvaya qarşı təzyiqin artırılmasına dair razılığa gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “BBC” Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

“Obama və Merkel Rusiyanı götürdükləri öhdəlikləri yerinə yetiməməsinə və separatçıları dəstəklədiklərinə görə, Rusiyanı məsuliyyətə cəlb etməyin vacibliyinə dair razılığa gəliblər”, - deyə Ağ Evin yaydığı məlumatda bildirilir.

Yayılan xəbərdə həmçinin hər iki ölkə liderinin Ukraynanın şərqindəki zorakılığın artması ilə bağlı narahatlıqlarını bildiriblər.
Almaniya kansleri və ABŞ prezidenti Ukraynaya yeni maliyyə yardımının ayrılmasına dair razılığa da gəliblər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti