Obama terrora görə Ərdoğana zəng etdi

Obama terrora görə Ərdoğana zəng etdi
  29 İyun 2016    Oxunub:1959
ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

İstanbulun hava limanında törədilən terror aktında həlak olanlarla bağlı Ərdoğana başsağlığı verən Obama baş verən terror aktını qəti şəkildə pisləyib.

Qeyd edək ki, İstanbulun Atatrük Hava Limanında törədilən terror aktında 41 nəfər ölüb. Yaralı sayı 239 nəfər olub. Onlardan 109-u evə buraxılıb.

Həyatını itirən 41 nəfərdən 37-nin kimliyi müəyyən edilib. Onlardan 31-i türkdür.

AzVision.az


Teqlər:  





Xəbər lenti