Obama telefonda Yəməni müzakirə etdi

Obama telefonda Yəməni müzakirə etdi
  28 Mart 2015    Oxunub:1395
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti ilə Səudiyyə Ərəbistanı kralı arasında telefon danışığı olub.
ABŞ prezidenti Barak Obama ilə Səud kralı Salman bin Abduləziz əl-Suud arasında baş tutan danışıqda Yəməndəki vəziyyət müzakirə edilib. Bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.

Açıqlamada bildirilir ki, danışıqda hər iki ölkə arasında güclü dostluq, tərəfdaşlıq əlaqələrinin olduğu vurğulanıb. Yəmən prezidenti Abdurrabbu Mənsur Hadinin tələbi ilə Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurası ölkələri və digərlərinin keçirdiyi əməliyyatı dəstəklədiyini bildirən Obama, həmçinin rəsmi Vaşinqtonun Səudiyyə Ərəbistanına təhlükəsizlik məslələrində kömək edəcəyini də bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əl-Suudun bu gün və sabah keçirilməsi nəzərdə tutulan Ərəb Dövlətləri Liqası sammitində də Yəməndəki vəziyyəti müzakirə edəcəyi gözlənilir. (anspress)


Teqlər:  





Xəbər lenti