Obama nazirə iki yeşik pivə uduzub

Obama nazirə  iki yeşik pivə uduzub
  15 Sentyabr 2014    Oxunub:1511
ABŞ Prezidenti Barak Obama mərcdə Belçikanın Baş naziri Elio di Rupoya iki yeşik pivə uduzub.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, onlar 2014-cü il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində öz ölkələri arasında keçirilmiş oyuna hesab veriblər.
Matç öncəsi Baş nazir B.Obamanı "Twitter" səhifəsindən 2 yeşik pivədən mərcə girməyə çağırıb. ABŞ Prezidenti çağırışı qəbul edib, amma görüş 2:1 hesabı ilə belçikalıların xeyrinə başa çatdığına görə mərci uduzub.

Sentyabrın 12-də ABŞ-ın Belçikadakı səfirliyi rəsmi "Twitter" səhifəsində iki yeşik Amerika pivəsinin Baş nazirə çatdırıldığını açıqlayıb.




Teqlər:





Xəbər lenti