Obama dünyanın ən sürətli kompüterini yaradır

Obama dünyanın ən sürətli kompüterini yaradır
  01 Avqust 2015    Oxunub:3584
ABŞ prezidenti Barak Obama 2025-ci ilə qədər dünyanın ən sürətli kompüterinin yaradılması barədə sərəncam imzalayıb.
Bu barədə Azvision.az `BBC`yə istinadən xəbər verir.

Kompüter hazırda Çin tərəfindən yaradılan ən sürətli kompüterdən 20 dəfə sürətli olmalı və saniyədə kvintilyon əməliyyat həyata keçirməlidir.

Yeni super kompüterdən kompleks simulyasiyalar, elmi hesablamalar və milli təhlükəsizlik sahəsində layihələrin həyata keçirilməsi zamanı istifadə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti