Obama Yeni il tətilini Havay adalarında keçirəcək

Obama Yeni il tətilini Havay adalarında keçirəcək
  20 Dekabr 2014    Oxunub:1327
Barak Obama ABŞ-ın hərbi büdcəsini imzalayaraq yeni il tətilinə yollanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama konqres tərəfindən 2015-ci il üçün qəbul olunmuş 577 milyard dollar həcmində hərbi büdcəni imzalayıb. Onun sözlərinə görə, büdcə İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə üçün son dərəcə mühüm səlahiyyətlər təqdim edir, dünyada terrorizm təhlükəsi və böhranlarla bağlı meydana çıxan ehtiyaclara cavab verir.

Qanuna əsasən silahlı qüvvələrə 496 milyard baza xərcləri və əlavə olaraq xaricdə, o cümlədən Əfqanıstan, İraq və Suriyada hərbi əməliyyatlara 64 milyard dollar ayrılıb. Müdafiə büdcəsində Pentaqonun İŞİD qruplaşması yaraqlılarına qarşı əməliyyatlarına rəsmi dəstək nəzərdə tutulur.

Prezident hərbi büdcəni imzaladıqdan dərhal sonra Yeni il məzuniyyətinə yollanıb. Barak Obama qış tətilini ənənəvi olaraq Havay adalarında keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti