Obama İŞİD-dən sonra Ebolaya qarşı hərəkətə keçdi

Obama İŞİD-dən sonra Ebolaya qarşı hərəkətə keçdi
  16 Sentyabr 2014    Oxunub:1223
ABŞ prezident Barak Obama Qərbi Afrikada tüğyan edən Ebola virusu ilə mübarizə aparmaq məqsədilə bu ölkəyə 3000 ABŞ hərbçisi göndərəcək.
Bu barədə AzVision.az “France-Presse” agentliyinə istinadən xəbər verir.

Obamanın sözlərinə görə, hərbçilər Qərbi Afrikada xəstəliyə yoluxan şəxslər üçün izolyatorların təşkil olunması və burada avadanlıqların quraşdırılması işlərini həyata keçirəcəklər.

Qərbi Afrikada yayılan Ebola virusu ilə bağlı Dünya Səhiyyə Təşkilatı yeni məlumat yayıb.
Təşkilatın yaydığı məlumata əsasən, Ebola virusundan ölənlərin sayı 2400-ü keçib.

Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir. Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu bildirir.

Syerra-Leone və Liberiyada virusa yoluxanların sayı artıq 3500-ü keçib.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti