Nyu-Yorkda bir gündə 2 atışma - 1 ölü, 11 yaralı

Nyu-Yorkda bir gündə 2 atışma - 1 ölü, 11 yaralı
  03 Avqust 2015    Oxunub:1552
Nyu-Yorkda, Bruklində keçirilən əyləncə gecəsində baş verən atışma nəticəsində ən azı 13 nəfər yaralanıb.
Bu barədə AzVision.az `NBC` telekanalına istinadən xəbər verir.

Hadisə bazar ertəsi, yerli vaxtla 02:00-da baş verib. İnsident zamanı 9 nəfər yaralanıb. Yaralıların 19-38 yaşlarında olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır. Cinayətkar hələ ki, saxlanılmayıb.

Daha bir insident isə Fort-Qrin rayonunda olub. Hadisə yerində 46 yaşlı kişinin cəsədi aşkarlanıb.

İnsident zamanı 25 yaşlı kişi və 17 yaşlı qız yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin stabil odluğu bildirilir. Bu hadisəni törədən cinayətkarı da hələ ki saxlamaq mümkün olmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti