Nuşirəvan Məhərrəmlidən TV və ziyalılara ittiham

Nuşirəvan Məhərrəmlidən TV və ziyalılara ittiham
  25 Noyabr 2014    Oxunub:1327
“Televiziya kanallarında efirə dəvət olunan elm xadimləri, sənət adamları öz fikirlərini Azərbaycan dilində deyə bilmir”.
AzVision.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib.

N.Məhərrəmli vurğulayıb ki, Azərbaycanın vahid dil forması mövcuddur: “Bəzən televiziya kanallarında müxtəlif ləhcələrlə danışırlar. Bu, bizi çox narahat edir. Ancaq Azərbaycanın vahid dil forması mövcuddur, bunu orta məktəblərdə öyrədirlər. Biz bu problemin aradan qaldırılması istiqamətində daim monitorinqlər aparırıq və artıq müsbət nəticələr əldə olunur”.


AzVision.az



Teqlər:  





Xəbər lenti