Nurullayevdən Milli Şura və Əli Kərimliyə ittiham

Nurullayevdən Milli Şura və Əli Kərimliyə ittiham
  28 Aprel 2015    Oxunub:1725
“Milli Şuradakı fəaliyyətimi davam etdirmək və bu quruma yenilik gətirməyim onsuz da mümkün olmayacaqdı. Gözləyirdim məni Milli Şuradan özləri çıxarsınlar”.
Bu fikirləri AzVision.az-a açıqlamasında AXCP-nin keçmiş sədr müavini Razi Nurullayev Milli Şuradan çıxarılmasına münasibət bildirərkən deyib.

R.Nurullayev Milli Şuranın sessiyasında şəxsən iştirak edib, onun qurumdan çıxarılması ilə bağlı qərarın müzakirə olunmasını istəyir.

“Mənim Milli Şuradan çıxarılmağım səsə qoyulan zaman orada iştirak etmək, onların bu qərarını əsaslandırmağını istəyərdim . Amma mənim iştirakım olmayan iclasda qərar qəbul etdilər. Sadəcə olaraq onların qeyri-demokratik hərəkət etməklərinə təəssüflənirəm”.

R.Nurullayev Milli Şuradan çıxarılmağının səbəbini AXCP ilə əlaqələndirib: “Mən Milli Şuraya Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərkibində qəbul olunmuşam. Orada analitik mərkəzin rəhbəri kimi təmsil olunurdum. Bu baxımdan mənim Milli Şuradan çıxarılmağım birbaşa AXCP-dən istefam, partiyanı tənqid etməyim və Əli Kərimlinin apardığı siyasətlə razılaşmamağımla bağlıdır. Hesab edirəm ki, Milli Şuradan çıxmağımda bilavasitə Əli Kərimlinin rolu var. Onun sifarişi ilə belə qərar qəbul edilib”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti