Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi
  10 Oktyabr 2015    Oxunub:4329
Azərbaycanın Xalq artisti, tanınmış aktrisa Nuriyyə Əhmədova dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, akrtisa bu gün səhər saat 06:30 radələrində 1 saylı Şəhər Klinik Xəstəxanasında ürəktutmasından vəfat edib.

Xalq artistinin bu gün Mərdəkanda oğlunun və qızının məzarı yanında dəfn olunacağı bildirilir.

Qeyd edək ki, N.Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub.

Yaratdığı bir-birindən maraqlı obrazlar qalereyası ilə tamaşaçıların sevgisini qazanan aktrisanın əməyi hər zaman yüksək qiymətləndirilib. O, 2007-ci ildə Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti