Novruz Məmmədovdan Avropaya sərt mesaj

Novruz Məmmədovdan Avropaya sərt mesaj
  21 Aprel 2015    Oxunub:2115
“Aralıq dənizi artıq bir böyük qəbiristanlığa çevrilib. Bu dənizə arada ölənlər dənizi adı vermək daha məntiqli olar”.

AzVision.az xəbər verir ki, bunu “twitter” səhifəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.

Onun sözlərinə görə, `Euronews` təzə bir yenilik ixtira edib: “5-10 dəqiqədən bir fasilə ilə müxtəlif rənglərdə, formalarda musiqi ilə “euronews” göstərərək 2-3 dəqiqə sanki “nə istəyirsiniz düşünün” deyir. İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə Afrikalının taleyinə gündəlik hadisə kimi baxır. Aralıq dənizi artıq bir böyük qəbiristanlığa çevrilib. Bu dənizə Arada ölənlər dənizi adı vermək daha məntiqli olar. Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və Asiyalılara qapıları açmışdılar. Bu da geosiyasi məhəbbətin göstəricisi idi”,-deyə N.Məmmədov qeyd edib

AzVision.az


Teqlər:  





Xəbər lenti