Novruz Məmmədov lider dövlətləri sərt tənqid etdi

Novruz Məmmədov lider dövlətləri sərt tənqid etdi
  30 Noyabr 2015    Oxunub:1951
"Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilib".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb. O, fikrini belə davam etdirib:

"Bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür. İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər", -deyə PA rəsmisi qeyd edib.

Qeyd edək ki, bu gün 150-yə yaxın dövlət və hökumət başçısının iştirakı ilə Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı başlayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti