Novruz Məmmədov Jirinovskiyə təşəkkür etdi

Novruz Məmmədov Jirinovskiyə təşəkkür etdi
  25 İyul 2014    Oxunub:802
Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə təşəkkür edib.
AzVision.az xəbər verir ki, bu barədə PA rəsmisi `Twitter` səhifəsində yazıb.

“Azərbaycan, onun Ümummilli Lideri və Prezident İlham Əliyev haqqında «Россия 24»də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm. «РБК» kanalında bəzi jurnalistlər «Россия 24»də baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var” - deyə, Novruz məmmədov bildirib.

Sevinc ltifatqızı


Teqlər:  





Xəbər lenti