Novruz Məmmədov FİFA-dakı rüşvət qalmaqalından yazdı

Novruz Məmmədov FİFA-dakı rüşvət qalmaqalından yazdı
  30 May 2015    Oxunub:2240
FİFA-dakı rüşvət qalmaqalına Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov münasibət bildirib.

AzVision.az xəbər verir ki, PA rəsmisi bu barədə mövqeyini Tvitter səhifəsində qeyd edib: “Çox maraqlıdır, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur”.

N.Məmmədov Yozef Blatterin yenidən FİFA prezidenti seçilməsini də şərh edib.

“Gizli səsvermə olduğu üçün görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi”

Qeyd edək ki, son günlər FİFA-da korrupsiya qalmaqalı ilə bağlı kütləvi həbslər həyata keçirilib. Belə ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətər dövlətinə verərkən külli miqdarda rüşvət aldığı haqda ciddi ittihamlar səsləndirilir.

İddialara görə, ilk dəfə ABŞ-da keçiriləcək Amerika Kuboku-2016-ya hazırlıq dövründə rüşvətin məbləği təxminən 110 milyon dollar təşkil edib. Bildirilib ki, son 19 ildə korrupsiya FİFA-ya 10 milyard dollar ziyan vurub.

Xatırladaq ki, Yozef Blatter ötən gün keçirilən səsvermədə beşinci dəfə FİFA-nın prezidenti seçilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti