Nobel sülh mükafatının qalibi açıqlandı

Nobel sülh mükafatının qalibi  açıqlandı
  09 Oktyabr 2015    Oxunub:2561
2015-ci ilin Nobel Sülh Mükafatı Tunisdə inqilabdan sonra milli dialoqun əldə olunmasında iştirak edən 4 təşkilata verilib.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Ümumxalq Əmək İttifaqı”, “Sənaye və Ticarət Konfederasiyası”, “İnsan Hüquqlarının Müdafiəsi Liqası” və “Hüquşünaslar Ordeni” təşkilatları Tunisdə hakimiyyət böhranını həll edilməsi roluna görə bu mükafata layiq görülüb.

Qalibləri Norveç Nobel Komitəsinin sədri Kasi Kullman Five elan edib.

Qeyd edək ki, “Dördlük” 2013-cü ildə Tunisdə sabiq prezident Zin Əl-Abidin Ben Əlinin istefa verməsindən sonra yaranmış siyasi xaos mühitində yaradılıb.

Nobel Sülh Mükafatına 273 nəfərin namizədliyi irəli sürülüb. Qeyd edək ki, bukmekerlərin proqnozlarına əsasən mükafatı qazanmağa ən real namizəd Almaniya kansleri Angela Merkel idi. Onun Avropada miqrant böhranının həll edilməsində göstərdiyi səylərə görə bu mükafata layiq görüləcəyi gözlənilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti