Nizami Piriyev azadlığa buraxılmadı

Nizami Piriyev azadlığa buraxılmadı
  22 May 2015    Oxunub:3669
Azərbaycanlı iş adamı Nizami Piriyevin həbsi ilə bağlı verdiyi şikayət təmin edilməyib.
Bunu AzVision.az-a açıqlamasında N.Piriyevin vəkili Muxtar Mustafayev deyib.

O, müvəkkilinin bu qərardan narazı olduğunu bildirib: “Nizami Piriyev barəsindəki həbs-qətimkan tədbiri qərarından bir neçə gün öncə şikayət vermişdi. Onun şikayətini təmin etmədilər. Biz yenidən bu qərardan şikayət verəcəyik. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, N. Biriyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi açılıb. Barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir.“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurcularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti