22 FEVRAL 2017 4+7 Bakı 0-5 Xankəndi 0+5 Xaçmaz 0+5 Bərdə 4+7 Lənkəran -3+2 Naxçıvan 2+7 Gəncə 4+7 Sumqayıt 0-5 Kəlbəcər 0-5 Laçın 0-5 Qubadlı 0-5 Şuşa 2+7 Ağdam Zəngilan 2+7 Cəbrayıl 2+7 Füzuli 0+5 Şəki

Niyə yəhudilər başqa xalqlardan ağıllıdırlar? – ELMİ CAVAB

Tarix 18.10.16, 17:56

Font ölçüsü : - / +


Əslində bu fikir yəhudilərin ancaq bir qrupuna – aşkenazi yəhudilərinə aiddir. Bütün Nobel mükafatlarının 26 faizini məhz onlar alıblar. Tanıdığınız məşhur aktyor, rejissor, bankir, alimlərin çoxu məhz aşkenazilərdir.

Aşkenazilər subetnik qrup olaraq Mərkəzi Avropada (Almaniya, Polşa) yaranıblar. Onların danışdığı İdiş dili Hind-Avropa dil qrupunun Alman qanadına daxildir.

Aşkenazilərin subetnos kimi formalaşmasının tarixi erkən orta əsrlərdən - “qaranlıq dövr” adlanan mərhələdən başlayır. Müasir genetik araşdırmalar göstərir ki, aşkenazilər 350 nəfərlik bir qrupdan başlanğıc götürüblər. Onların hamısı bir-birilə qohum olub və ancaq qohum nikahları vasitəsilə artıb-çoxalıblar.

Erkən xristianlıq dövründə aşkenazilərin vəziyyəti çox ağır idi, onları bütün sahələrdən möhkəm sıxışdırılırdılar. O dövrün əsas gəlirli məşğuliyyəti olan hərbi xidmətə və torpaq əkib-becərməyə yaxın buraxılmırdılar. Buna görə də onlar ya acından ölməli, ya da ticarət, sələmçilik, təbabət, elmi fəaliyyət kimi işlərlə məşğul olmalı idilər, başqa yol qalmırdı.

Nəticədə əsrlər boyunca ancaq maliyyə və intellektual işlərlə məşğul olan, yalnız bir-birilə qohum nikahlarına girən qapalı qrupu təsəvvür edin... Yeni tarixi dövrdə subetnos cəmiyyətə açılanda qrupdaxili nikahlar onlarda artıq selektiv üstünlüklər yaratmışdı.

Həmin dövrdə başqa bir özəllik önə çıxdı: Varlı yəhudilər öz qızlarını nə qədər kasıb olsa belə, savadlı gənclərə, əsasən də dini məktəblərin məzunlarına (yeşiv) verməyə çalışırdılar. Ona görə də, intellektual sahələrdə üstünlük qazanmaq bacarığı bu gün aşkenazi sebetnosunun genindədir.

Amma həsəd aparmağa tələsməyin, çünki medalın əks tərəfi də var: yaxın qohumlar arasında sıx nikahlar aşkenazilərdə genetik xəstəliklərin son dərəcə geniş yayılması ilə nəticələnib.

Hazırda aşkenazilər artıq qohum evliliklərindən imtina ediblər. Bu isə o deməkdir ki, bir neçə əsrdən sonra vəziyyət bərabərləşəcək və onlar da intellektual qabiliyyət baxımından digər etnik qruplardan fərqlənməyəcəklər.

Tariyel Həsənov
AzVision.az


Xəbərin oxunma sayı : 57298


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 2135

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Paralel kainatlar varmı? – ELMİ CAVAB Niyə yəhudilər başqa xalqlardan ağıllıdırlar? – ELMİ CAVAB Təkamül haqqında 10 vacib sual – ELM Niyə bəzən sözlər `dilimizin ucunda` olur, amma deyə bilmirik? – ELMİ CAVAB Kainat hara qədər genişlənəcək? – ELMİ CAVAB Qadınlar niyə xəyanət edir? – ELMİ CAVAB Qoroskoplar həqiqət ola bilərmi? – ELMİ CAVAB Niyə insanlar həm yaxşı, həm də pis olurlar? – ELMİ CAVAB Niyə pərvanə özünü oda atır? – ELMİ CAVAB Niyə yuxuda uçur və yıxılırıq? – ELMİ CAVAB Niyə insanlar rəqs edir? – ELMİ CAVAB Niyə insanlar öpüşür? – ELMİ CAVAB Allaha inanmaq `sərfəli`dirmi? – ELMİ CAVAB Körpələr nəyə gülür? – ELMİ CAVAB Niyə indi meymunlar insana çevrilmirlər? – ELMİ CAVAB Niyə ağlayanda gözümüzdən yaş axır? – ELMİ CAVAB Niyə suda çox qalanda dərimiz qırışır ? - ELMİ CAVAB Niyə bəzi insanlar `r` deyə bilmir? – ELMİ CAVAB Niyə siçanlar kişilərdən qorxur, qadınlardan yox? - ELMİ CAVAB Ay necə yaranıb və neçə yaşı var? – ELMİ CAVAB Eynşteyn Allaha inanıbmı? – Elmi cavab Nə üçün qadınlar daha çox üşüyür? - ELMİ CAVAB Qurdlar niyə ulayır? – ELMİ CAVAB Niyə toxum torpaqda cücərir? – ELMİ CAVAB Elmi Cavab | Dezodarant necə `işləyir`?- VIDEO Hansı kişilər qadını daha xoşbəxt edə bilər? Niyə bəzi kəşflər yuxuda edilir? – ELMİ CAVAB Niyə dalğalar köpüklənir? – ELMİ CAVAB Niyə pis insanlar eybəcər olur? – ELMİ CAVAB Elmi cavab I Uşaqlar niyə piylənir?

XƏBƏR LENTİ