Nişanlısının evində özünü öldürdü

Nişanlısının evində özünü öldürdü
  05 İyul 2015    Oxunub:3487
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Cəlilabadın Günəşli kəndinə nişanlısıgilə qonaq gedən Salyan sakini orada özünü asıb.

Salyanın Şorsulu kənd sakini, 22 yaşlı Zahir Elşad oğlu Quliyevin cəsədi qonaq qaldığı evin damında asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, bu ailələr əvvəlcədən də yaxın qohum olublar.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Teqlər:  





Xəbər lenti