Netanyahunun kritik ABŞ səfəri

Netanyahunun kritik ABŞ səfəri
  02 Mart 2015    Oxunub:1149
İsrail baş naziri Binyamin Netanyahu təcili ABŞ-a səfərə yollanıb.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, İsrail baş naziri ABŞ Konqresində İranla nüvə proqramına dair razılaşma imkanın təhlükəsi mövzusunda çıxış edəcək.

Netanyahunun səfəri artıq İsrail və ABŞ hökumətləri arasında münasibətlərin gərginləşməsi ilə nəticələnib. Buna səbəb isə “Respublikaçı”lar partiyasından olan konqresmenlərdir. Çünki onlar prezident Barak Obamaya xəbərdarlıq etmədən Netanyahuya çıxışla bağlı dəvət göndəriblər.

ABŞ dövlət katibi Con Kerri İranla aparılan danışıqların aparılmasını müdafiə edib və Netanyahunun Konqresdəki çıxışının bu prosesə mane olmayacağına ümid edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti