Nəsrin Cavadzadə məşhur alimin nəvəsi imiş

Nəsrin Cavadzadə məşhur alimin nəvəsi imiş
  20 Oktyabr 2014    Oxunub:3392
Xəbər verdiyimiz kimi, əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir. O, 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.

Qeyd edək ki. Nəsrin Cavadzadəyə “Altın portağal” mükafatı rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə verilib. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib.

Bu, Nəsrin Cavadzadənin ikinci “Altın portağal”ıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti