Nərgiz Paşayeva Fəxri professor diplomu aldı

Nərgiz Paşayeva Fəxri professor diplomu aldı
  26 Yanvar 2015    Oxunub:1868
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasında görkəmli xidmətlərinə görə MDU-nun Fəxri professoru diplomuna layiq görülüb.
Fəxri diplom professor Nərgiz Paşayevaya yanvarın 26-da Rusiyanın paytaxtında Moskva Dövlət Universitetinin 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib. (AzərTAc)




Teqlər:





Xəbər lenti