Nepalda ölü sayı 10 mini keçə bilər

Nepalda ölü sayı 10 mini keçə bilər
  28 Aprel 2015    Oxunub:1550
Aprelin 25-i Nepalda baş verən dəhşətli zəlzələ qurbanlarının sayı 4349-a çatıb.
AZVision.az-ın “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Suşilu Koiralu bildirib.

Son məlumatlara əsasən təbii fəlakət nəticəsində 7 min insan xəsarət alıb.

Baş nazirin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 10 minə çata bilər.

Qeyd edək ki, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti