Nemtsovun qətlindən 3 dəqiqə sonra - VİDEO

Nemtsovun qətlindən 3 dəqiqə sonra - VİDEO
  04 Mart 2015    Oxunub:3285
Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı yeni görüntülər yayılıb.
Təqdim olunan video Nemtsovun qətlindən üç dəqiqə sonra çəkilib. Yeni görüntüləri jurnalist Tonya Samsonov "Exo Moskvı" radiostansiyasının saytında yayıb.

Görüntülər Böyük Moskva çayı körpüsündə siyasətçi Boris Nemtsovun qətlə yetirildiyi yerin yanından keçən avtomobilin videoreqistratoruna düşüb.

Samsonovun sözlərinə görə, video Boris Nemtsovun qətlini araşdıran Rusiya İstintaq komitəsinə verilib. Göründüyü kimi, avtomobil Vasilyev enişinə tərəf Kreml sahili boyu hərəkət edir və sonra Böyük Moskva çayı körpüsünə gəlir.




Teqlər:  





Xəbər lenti