Nehrəmli milyonluq maşınlarını satır - FOTOLAR

Nehrəmli milyonluq maşınlarını satır - FOTOLAR
  23 May 2015    Oxunub:27282
Son günlər başı üzərində "qara buludlar dolaşan" tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb.

AzVision.az-ın avtosfer.az-a istinadən verdiyi məlumatına görə, Hacı İbrahim bu məqsədlə rəhbəri olduğu "Avesta" şirkəti ilə yanaşı, bir çox əmlkanı da satışa qoyub.

Dünən Hacı İbrahimin özünün idarə etdiyi "Bentley" markalı avtomobilin Bakıdakı "Bentley" servisdə satışa qoyulduğunu görənlər olub.

Əldə edilən məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. Həmin avtomobillər arasında son model "Rolls Royce-Phantom" (1 milyon dollar), "Range Rover" (180 min), "Nissan Patrool" və digər model maşınlar da mövcuddur.

Qeyd edək ki, "Bentley" markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi "Bentley" sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib; təxminən 300 min dollar…

Qalereya




Teqlər:





Xəbər lenti