Neftin qiyməti rekord həddə ucuzlaşdı

Neftin qiyməti rekord həddə ucuzlaşdı
  04 Avqust 2015    Oxunub:2293
Brent markalı neftin qiyməti 50 dollardan aşağı düşüb.

Bazarda xammalın həddindən artıq çoxalması qorxusu qarşısında avqustun 3-nə axşam saatlarına keçirilən hərraclarda Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə 50 dollardan aşağı düşüb.

Oxu.Az xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 4,34% ucuzlaşaraq 1 barelə görə 49,94 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,21% dollar azalaraq 45,58 dollar təşkil edib.


Teqlər:





Xəbər lenti