Neftimizin qiyməti 54 dollara yaxınlaşır

Neftimizin qiyməti 54 dollara yaxınlaşır
  20 Oktyabr 2016    Oxunub:1597
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,66 dollar və yaxud 3,18% artıb.
AzVision.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,82 dollara bərabər olub.

Dünya bazarında isə neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 51,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 52,54 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti