Neftimizin qiyməti 48 dolları keçdi

Neftimizin qiyməti 48 dolları keçdi
  29 İyun 2016    Oxunub:1643
Azərbaycan nefti bahalaşıb
AzVision.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,76 dollar və ya 1,59% artaraq 48,58 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti bir barelə görə 48,85 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 48,19 dollar təşkil edib.

Qeyd edək ki, dünən hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 47,74 və 46,88 dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti