Neftimiz yenə bahalaşdı

Neftimiz yenə bahalaşdı
  02 Mart 2015    Oxunub:2171
London birjasında “Brent” markalı neftin bir barelə görə qiyməti 62 dolları keçib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Səhər saatlarında “Brent” markalı neftin qiyməti 1 barelə görə, 0,03% artaraq 62,20 dollara çatıb.

Bu arada “WTI” markalı neftin dəyəri 0,58% ucuzlaşaraq bir barelə görə 49,42 dollara çatıb.

Dünya iqtisadiyyatı ilə bağlı proqnozların pisləşməsi də neftin qiymətinə təsir göstərir. Dünya Bankı bu il üçün qlobal iqtisadiyyatın inkişaf tempini 3,4%-dən 3%-ə salıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti