Neftimiz iki dollar bahalaşıb

Neftimiz iki dollar bahalaşıb
  22 May 2015    Oxunub:1877
Azərbaycan nefti iki dollardan artıq bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,07% və ya 2,01 dollar artaraq 67,36 dollar olub.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 65,35 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti