Neft psixoloji həddi keçdi – 50,08 dollar

Neft psixoloji həddi keçdi – 50,08 dollar
  26 May 2016    Oxunub:2365
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar artaraq 49,77 dollar təşkil edib.
AzVision.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar artaraq 50,08 dollar olub.

Qeyd edək ki, sonuncu dəfə “Brent” markalı neftin qiyməti 2015-ci ilin noyabr ayında bir barel üçün 50 dollar göstəricisini keçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti