Neft bahalaşmaqda davam edir

Neft bahalaşmaqda davam edir
  21 Fevral 2017    Oxunub:1492
Dünya birjalarında neft yenidən bahalaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,54% artaraq 53,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,09% artaraq 56,19 dollar olub.

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,75 dollar və ya 1,32% artaraq 57,46 dollar təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti