Neft Daşlarında bədbəxt hadisə olub

Neft Daşlarında bədbəxt hadisə olub
  22 Fevral 2017    Oxunub:2070
"Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

SOCAR-dan AzVision.az-a verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti