Nəcməddin Sadıkov Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Nəcməddin Sadıkov Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
  30 May 2016    Oxunub:1178
Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Təhlükəsizlik Şurasının katibi, cənab Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Qərargah rəisi Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində iki ölkə rəhbərinin mühüm rol oynadığını, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini və geniş imkanlara malik olduğunu bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik və atəşkəsin pozulması səbəbləri barədə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək müxtəlif sahələrdə Əfqanıstana göstərilən köməyə, eləcə də sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti