Nazirliyin zavodundakı partlayışa görə cinayət işi açıldı

Nazirliyin zavodundakı partlayışa görə cinayət işi açıldı
  07 İyul 2015    Oxunub:2125
Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda baş verən partlayışla bağlı cinayət işi açılıb.
Şirvan şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.


Teqlər:





Xəbər lenti