Nazirliyin qadağasına niyə məhəl qoyulmur?

Nazirliyin qadağasına niyə məhəl qoyulmur?
  19 Dekabr 2014    Oxunub:1681
Pirotexniki avadanlıqların satışı qadağandır
Pirotexniki avadanlıqların satışı hər zaman qadağan olub. Yeni il bayramı yaxınlaşdıqca, bəzi mağazalarda belə avadanlıqların satışına rast gəlinir.

Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, pirotexniki avadanlıqların satışı qadağandır. Onun sözlərinə görə, kimsə onun qanunsuz satışına cəhd edirsə, hüquq mühafizə orqanları bununla bağlı tədbirlər görür:

“Ancaq ümumilikdə satışı qadağandır. Satışı qadağan olduğu üçün onun monitorinqini aparmırıq. Əgər kimsə qanunsuz olaraq onun satışına cəhd edirsə, bunun qarşısı alınır”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti