Nazirliyin işçiləri təltif edildi - SİYAHI

Nazirliyin işçiləri təltif edildi - SİYAHI
  20 Noyabr 2014    Oxunub:2782
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar hüquqşünas”

Musayev Toğrul Sirac oğlu

“Əməkdar həkim”

Hüseynov Füzuli Fazil oğlu

Ölkə başçısının digər sərəncamı ilə ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştirak etdiklərinə bir qrup şəxsə orden və medal verilib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Quliyev Mədət Qəzənfər oğlu

“Tərəqqi” medalı ilə:

Məmmədova Zemfira Bəylər qızı

Tahirli Rasim Bəkir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Əhmədova Ülviyyə Mahmud qızı
Əliyev Niyaməddin Cabbar oğlu
Hacıyev Rəşad Yavər oğlu
Həsənov Fərhad Fərrux oğlu
Hüseynov Nizami Əli oğlu
Xəlilov Qədir Rövşən oğlu
Salmanova Səbinə Qədir qızı.

AzVision.az


Teqlər:  





Xəbər lenti