Nazirliyin işçiləri meyit tapdı

Nazirliyin işçiləri meyit tapdı
  28 İyul 2014    Oxunub:920
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyevin batmış cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 04:00-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti