Nazirliyin həkim briqadası Qazaxda

Nazirliyin həkim briqadası Qazaxda
  12 Fevral 2016    Oxunub:2538
Səhiyyə Nazirliyinin rəhbər heyətinin Qazaxa səfəri çərçivəsində Səhiyyə Nazirliyinin 8 nəfər mütəxəssisindən ibarət həkim heyəti Qazax Müalicə Diaqnostika Mərkəzində yerli mütəxəssislərlə birlikdə vətəndaşların qəbulunu həyata keçirir.
10 fevral tarixindən etibarən Mərkəzdə əhaliyə xidmət edən heyətin tərkibinə ölkənin baş pediatrı Nəsib Quliyev, Topçubaçov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev, baş uroloq İsmət Fiqarov, nevropatoloq və digər mütəxəssislər daxildir.

Qəbulu zamanı zəruri hallarda konsilium təşkil olunur, əlavə müayinə və müalicəyə ehtiyacı olan vətəndaşların qeydiyyatı aparılır.

Həkim heyəti növbəti günlərdə də öz işini davam etdirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti