Nazirliyin elektron xidmətlər portalı işləmir

Nazirliyin elektron xidmətlər portalı işləmir
  23 Avqust 2014    Oxunub:1370
Vergilər Nazirliyi profilaktik tədbirlərlə əlaqədar olaraq e-taxes.gov.az elektron xidmətlər portalının fəaliyyətinin müvəqqəti dayandırılması barədə vergi ödəyicilərini məlumatlandırıb. Bu barədə Trend Vergilər Nazirliyinin məlumatına istinadən xəbər verir.

Nazirlikdən bildiriblər ki, avqustun 22-i saat 20:00-da başlayan profilaktik tədbirlər avqustun 24-ü saat 20:00-dək davam edəcək.

Qeyd edək ki, nazirliyin elektron xidmətlər portalında 50-dən çox xidmət göstərilir. e-taxes.gov.az portalı vergi ödəyiciləri üçün geniş məlumat bazasına malikdir.


Teqlər:  





Xəbər lenti