Nazirliklər məhkəməyə verildi

Nazirliklər məhkəməyə verildi
  29 Avqust 2014    Oxunub:1927
Azərbaycanın Maliyyə və Nəqliyyat Nazirlikləri məhkəməyə verilib.
AzVision.az Bakı Apelyasiya Məhkəməsinə istinadən xəbər verir ki, nazirliklər “Rəşad” kiçik müəssisəsi tərəfindən məhkəməyə verilib.

Məlumata görə, şirkətin iddiası qanunsuz məhv edilmiş əmlakın əvəzinə kompensasiyanın verilməsi ilə bağlıdır.

Bundan başqa Sahib Qaraxanı və Gülbəniz İsmayılova adlı vətəndaşlar Maliyyə nazirliyi və Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyini, Azərbaycan Texniki Universitetini dövlət büdcəsinə əsassız ödənilmiş vəsaitin geri qaytarılması tələbə ilə məhkəməyə veriblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti