Nazirlikdən xarici dil bilənlərə müraciət

Nazirlikdən xarici dil bilənlərə müraciət
  02 Oktyabr 2014    Oxunub:2162
2015-ci ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçılarına və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən ali tibbi təhsil (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), 25 - 45 yaş arası olmaları tələb olunur. Eyni zamanda xarici dilləri bilən şəxslərə üstünlük verilir.

Maraqlananlar tərcümeyi-hallarını [email protected] elektron poçtuna 31.10.2014-cü il tarixinədək göndərməsi xahiş olunur.

Qeyd edək ki, ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində Azərbaycanda olacaqlar.


Teqlər:  





Xəbər lenti