Nazirlikdən müəllimlərin imtahanı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllimlərin imtahanı ilə bağlı AÇIQLAMA
  21 İyul 2014    Oxunub:1134
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsinə - imtahanlara başlanılıb.
İmtahanların ilk günündə alman dili, əmək hazırlığı, fiziki tərbiyə, fransız dili, informatika, musiqi və nəğmə, rus dili, rus dili və ədəbiyyatı və təsviri incəsənət fənləri üzrə müəllimlər iştirak edir.

Alman dili fənni üzrə 4 yerə 59 nəfər, əmək hazırlığı fənni üzrə 21 yerə 312 nəfər, fiziki tərbiyə fənni üzrə 134 yerə 648 nəfər, fransız dili fənni üzrə 11 yerə 101 nəfər, informatika fənni üzrə 193 yerə 1113 nəfər, musiqi və nəğmə fənni üzrə 49 yerə 127 nəfər, rus dili fənni üzrə 27 yerə 148 nəfər, rus dili və ədəbiyyatı fənni üzrə 1 yerə 75 nəfər və təsviri incəsənət fənni üzrə 28 yerə 199 nəfər ərizə verib.

İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilir. Hər bir iştirakçı imtahanın nəticəsini bilərək zalı tərk edir.

İmtahanlar başa çatdıqdan sonra bu gün yerləşdirmə aparılacaq və nəticəsi barədə məlumat imtahanda iştirak edən müəllimlərin şəxsi səhifəsinə göndəriləcək.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti