Nazirlikdən çörəyin qiyməti ilə bağlı Açıqlama

Nazirlikdən çörəyin qiyməti ilə bağlı Açıqlama
  29 İyul 2016    Oxunub:3105
İqtisadiyyat Nazirliyi çörəyin qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır.

“Qanunvericiliyə görə çörək dövlət tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Bununla belə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində dəyişiklik baş verərsə, səbəbləri araşdırılacaq”.

Qeyd edək ki, mətbuatda sabahdan etibarən çörəyin qiymətinin 10 qəpik artacağı ilə bağlı xəbərlər yayılıb. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörəyin 40 qəpiyə, 40 qəpik olan çörəyin isə 50 qəpiyə satılacağı bildirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti