Nazirlikdən bağlanan klinika ilə bağlı açıqlama

Nazirlikdən bağlanan klinika ilə bağlı açıqlama
  24 İyul 2014    Oxunub:2289
Səhiyyə Nazirliyi Bakıda özəl klinika olan “Lanset” cərrahlıq klinikasının bağlanması məsələsinə rəsmi münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, özəl klinikanın lisenziyası bitdiyi üçün onun fəaliyyəti dayandırılıb.

A. Qədirli qeyd edib ki, klinikanın fəaliyyətini davam etdirməsi üçün yenidən Səhiyyə Nazirliyinə müraciət edilib və hazırda sənədləşmə gedir: “Təkrar lisenziya almaq üçün müəyyən prossedurlar həyata keçirilməlidir. Bu müddətdə klinikaya baxış keçiriləcək, məsələyə müvafiq komissiyada baxılacaq. Bu proseslər təxminən 2 həftəyə qədər davam edir. Klinikanın fəaliyyətində hansısa qüsurlar olarsa, lisenziyanın verilməsi uzana bilər. Çünki onlara qüsurların aradan qaldırılması üçün əlavə vaxt verilir. Qüsurların aradan qaldırılması artıq klinikadan asılıdır. Həmin qüsurlar 1 ilə də, 2 günə də götürə bilər. Klinikanın bu vaxta kimi olan fəaliyyətindən asılı olaraq yenidən lisenziyanın verilməsi məsələsinə baxılandan sonra müvafiq qərar veriləcək”.

apa



Teqlər:  





Xəbər lenti