Nazirlikdən Nardarandakı atışma ilə bağlı Açıqlama

Nazirlikdən Nardarandakı atışma ilə bağlı Açıqlama
  26 Noyabr 2015    Oxunub:8365
Nardaranda baş verən atışma zamanı yaralanan 3 nəfər 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyə hadisə zamanı 3 nəfərin yaralanması ilə bağlı məlumat daxil olub.

`Yaralılar əməliyyat olunub, onların vəziyyəti stabildir`.

Qeyd edilib ki, nazirlik yaxın saatlarda hadisə ilə bağlı geniş məlumat yayacaq.

Qeyri-rəsmi məlumatlara görə, Nardaranda dindarlarla polis əməkdaşları arasında baş verən atışma zamanı 4 nəfər ölüb, onlardan 2-si polis əməkdaşıdır. Yaralıların sayının 10-dan çox olduğu bildirilir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti