Nazirlikdən Fazil Məmmədovun səhhəti ilə bağlı Açıqlama

Nazirlikdən Fazil Məmmədovun səhhəti ilə bağlı Açıqlama
  27 Sentyabr 2016    Oxunub:3894
Ötən gün keçirilən referendumda bir sıra dövlət nümayəndələri, nazirlər səs verməyə gəlsə də, vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlə əlaqədar səsvermə məntəqəsinə gedə bilməyib.
Nəticədə 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsindən nazirə bülleten və səsvermə qutusu göndərilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, nazirin səhhəti qaydasındadır və Fazil Məmmədov adi günlərdə olduğu kimi iş başındadır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti